AZ

Çindən ikinci əl avtomobil ixracı rekordu

2024-cü ildə Çin təxminən 400 min işlənmiş avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 45% çoxdur.

Bu barədə Yaponiya "Nikkei" nəşri müvafiq ticarət təşkilatlarının məlumatlarına istinadən yazır.

Bildirilir ki, bu, belə tədarüklər üçün rekord rəqəmdir.

Nəşrin məlumatına görə, Çindən işlənmiş avtomobillərin alınmasına ən çox Mərkəzi Asiya ölkələri və Rusiya maraq göstərir. Qırğızıstan, Rusiya və Özbəkistan Çinin ümumi işlənmiş avtomobil ixracının təxminən yarısını təşkil edir.

Seçilən
7
6
demokrat.az

8Mənbələr