AZ

"İranla Rusiya arasında tərəfdaşlıq sazişi 47 maddədən ibarətdir" - Səfir

İran və Rusiya Federasiyası arasında tərəfdaşlıq sazişi 47 maddədən ibarətdir.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali açıqlama verib.

Məsələ ilə bağlı İran dövlət televiziyası və radiosuna danışan nümayəndə sənədin bütün sahələri əhatə etdiyinə diqqət çəkib.

“Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”, - deyə Cəlali bildirib.

Xatırladaq ki, təxminən 1 həftə əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai iki ölkə arasında əməkdaşlıq sazişinin mühüm hissəsinin iqtisadi-ticari, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələlərindən ibarət olduğunu qeyd etmişdi. Bu müqavilə 2001-ci il tarixli “Moskva ilə Tehran arasında münasibətlər və əməkdaşlıq prinsipləri” haqqında sazişi yeniləyəcək və bəzi əlavələri əhatə edəcək.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
22
9
teleqraf.com

10Mənbələr