“Gündə 15 restorana qaçırdım. Maşınım da yox idi. Sürücü ilə gedirdim. Müğənnilərə yolda zəng edirdim ki, “Vağzalı”nı verin. Müğənnilər toyu kəsib, məni aş gətirməyə buraxırdılar”.
Medianews.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Günaydın, Azərbaycan!” verilişində deyib.
Sənətçi anası üçün aldığı evdən danışıb: “Bilən bilir ki, çox imkanlı ailədə böyümüşəm. 19 yaşımdan sonra evimiz olmadı, pisləşdi vəziyyət. Anam deyirdi ki, görəsən burada evim olacaq? Anam harada ev istəyirdi ona aldım”.