Ötən gecə İspaniya Superkubokunun finalında əzəli rəqiblər - “Barselona” və “Real Madrid” üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilən oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
"Real"dan Kilian Mbappe və Rodriqo, "Barselona"dan isə Lamin Yamal, Robert Levandovski, Rafinya (dubl) və Balde fərqləniblər.