AZ

"Şərikli çörək"bədii filmi tam bərpa olundu

Təbriklər!!!  "Şərikli çörək"bədii filmi tam şəkildə bərpa olundu!

ANS Şirkətlər Qrupunun "BALANS" Rəqəmsal Bərpa Studiyası Azərbaycanın Sərvəti olan 11-ci bədii filmi bərpa edir. Bu gün rejissor Tofiq Tağızadənin "Mateo Falkone", Həsən Seyidbəylinin "Nəsimi", "Bizim Cəbiş müəllim", Eldar Quliyevin "Bir cənub şəhərində", Oqtay Mirqasımovun "Şeytan göz qabağında", Ağarza Quliyevin "Ulduz", Rasim Ocaqovun "Ölsəm... Bağışla" və s. ölməz filmlərin siyahısına Şamil Mahmudbəyovun "Şərikli Çörək" bədii filmi də əlavə olundu!

"BALANS" şirkəti “Şərikli şörək” bədii filminin bərpasına 6 ay vaxt sərf edib və üzərində 17 peşəkar əməkdaş çalışıb. Filmin vizual bərpası zamanı bütün toz, küy, işartı, cızıq və stabilləşdirmə 114 280 kadrda təmizlənib və 2 830 kadr yenidən bərpa olunub. Eyni zamanda, filmin səsləri də tam şəkildə bərpa olunub və 1800 səs "BALANS" foli studiyasında yenidən yazılıb.

Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev "facebook" səhifəsində yazıb:ANS Şirkətlər Qrupu “Şərikli çörək” filminin tam bərpa olunmuş versiyasına baxmaq üçün Sizi 16 Yanvar 2025-ci il, saat 19:00-da Nizami Kino Mərkəzinə dəvət edir.

Filmin bərpasının sponsorları Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, Azərbaycanda İlk Dəqiq Mexanizmlər İstehsal Edən "VMF" Saat Fabriki, "VMF Mina" və "VMF kafe" şirkətlərinə Azərbaycan Mədəni İrsinin qorunub saxlanmasına verdiyi töhfələrinə görə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda, Nizami Kino Mərkəzində filmin premyerasını təşkil etdiyinə görə Azərbaycan Kino Agentliyi (ARKA) və Nizami Mərkəzinə dərin təşəkkürümüzü əsirgəmirik.

Dostlar, hamınızı 16 Yanvar, saat 19:00-da unudulmaz axşam, "Şərikli Çörək" bədii filminin 55 illiyində retrospektiv premyerasına dəvət edirik!

Giriş pulsuzdur! Sadəcə, videoçarxın sonundakı dəvətnaməni göstərməyiniz kifayətdir!

Seçilən
6
1
anspress.com

3Mənbələr