AZ

"Azərişıq" tədbir görməyə başladı, Neftçalada sayğacdankənar enerji sərfiyyatının qarşısı alınır

Neftçala rayonunda sayğacdankənar enerji sərfiyyatının qarşısı alınır.

 

Pravda.az qazi Aydın Aslanovun şikayətini dərc etdikdən sonra Neftçala Elektrik Şəbəkəsinin müdiri Ağababa Babayev rayonda qanunsuz elektrik xəttlərinin ləğvinə göstəriş verib.

 

Bu, deməyə əsas verir ki, rayonda elektrik sərfiyyatı itkisi kəskin azalacaq. Bundan əlavə, elektrik xəttləri, dirəkləri təmir edilir, ehtiyac varsa, yenisi ilə əvəzlənir.

 

Xatırlatma: Ötən həftə Pravda.az “Qazi Neftçala Elektrik Şəbəkəsinin müdirindən şikayət etdi: Bizdən nə istədiyini bilmirik...” adlı yazı dərc edib. Yazı I Qarabağ müharibəsi veteranı, sahibkar Aslanov Aydın Balağa oğlunun şikayəti əsasnda hazırlanmışdı. O iddia edirdi ki, çoxsaylı mağaza və obyektlərə, eləcə də kəndlərdə bəzi evlərə və fermer təsərrüfatlarına ikinci xəttlə qanunsuz elektrik enerjisi verilir. Yazı dərc olunmamışdan iki gün əvvəl şikayət məktubundakı iddialarla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə sorğu ilə müraciət etsək də, hələ də sorğumuza cavab ala bilməmişik.

 

Qeyd: İnzibati Xətalar Məcəlləsinin 279-cu (Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması) bu hallara yol verən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Tarix: 13 Yanvar 2025, 09:47   
Seçilən
3
pravda.az

1Mənbələr