AZ

Tramp və Putin arasında mümkün danışıqların əsas məqsədi açıqlandı


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların əsas məqsədi  NATO qoşunlarının şərq sərhədlərindən  çıxarılmasını müzakirə etmək ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Putin Ukraynanın heç vaxt Şimali Atlantika Alyansına qoşulmayacağına və NATO-nun şərqdəki mövcudluğunu azaldacağına zəmanət verən yeni sazişlər bağlamağı planlaşdırır.
Nəşrin məlumatına görə, Rusiya Prezidenti Rusiyaya qarşı hər hansı təhlükənin qarşısını almaq üçün dünya sistemini dəyişməyi planlaşdırır.
Putinin Rusiya-Ukrayna münaqişəsi bitdikdən sonra yarana biləcək vəziyyətdən narahat olduğu iddia edilir.
Qeyd edək ki, yanvarın 10-da Tramp jurnalistlər qarşısında çıxışı zamanı Putinin onunla görüş keçirməkdə maraqlı olduğunu və hazırda buna hazırlıq getdiyini bildirib. Ancaq ABŞ-nin yeni seçilmiş prezidenti görüşün tarixini dəqiqləşdirməyib.
Digər tərəfdən, dekabrın 19-da Putin birbaşa xətt zamanı Trampla görüşə hazır olduğunu bildirsə də, dəqiq tarixlə bağlı məlumat verməyib.
Seçilən
27
50
yeniavaz.com

10Mənbələr