Xorvatiyanın müxalifət tərəfindən dəstəklənən hazırkı prezidenti, “Xorvat Trampı” ləqəbli Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda böyük qələbə qazanıb.
Azpost bildirir ki, o, səslərin təxminən 75 faizini toplayıb.
Milanovic Qərbin Ukraynaya hərbi dəstəyinin kəskin tənqidçisi sayılır. O, Xorvatiyanın hazırkı mühafizəkar baş naziri Andrej Plenkoviç və onun hökumətinin əleyhdarıdır.
Qeyd edək ki, Xorvatiya parlamentli respublikadır.