AZ

Meyson Qrinvud Liqa 1-də dekabrın ən yaxşı oyunçusu seçilib

Fransanın "Marsel" komandasının yarımmüdafiəçisi Meyson Qrinvud Liqa 1-də dekabrın ən yaxşı oyunçusu adına layiq görülüb.

"Report" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi səsvermədə "Lill"in hücumçusu Conatan Devid və "Lion"dan Rayan Şerkini qabaqlayıb.

İngiltərəli futbolçu dekabrda Liqa 1-də üç oyunda iki qol vurub.

Qeyd edək ki, M.Qrinvud bu mövsüm Fransa çempionatında meydana çıxdığı 17 matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
1
report.az

2Mənbələr