AZ

Türkiyənin ədliyyə naziri prokurorluğa namizədin ölümü ilə bağlı araşdırma aparıldığını bildirib

Türkiyənin Anada şəhərində otel otağında prokurorluğa namizədin meyiti aşkarlanıb.

E-huquq.az "Hukuki Haber"ə istinandən xəbər verir ki, 29 yaşlı Mithat Can Yalman otel otağında başından tapança ilə vurulmuş halda ölü tapılıb. Hadisə gecə saatlarında Seyhan rayonu Çınarlı məhəlləsindəki oteldə baş verib.

İlkin ehtimala görə, o, intihar edib. Belə ki, Yalman hadisədən 4 saat əvvəl sosial şəbəkədə mobbingə məruz qaldığını və həyatına son qoymaq istədiyini yazıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Türkitənin ədliyyə naziri Yılmaz Tunc Mithat Can Yalmanın yaxınlarına və ailəsinə başsağlığı verib.

"Bu hadisə bizi dərindən kədərləndirdi. Faciəli hadisədən dərhal sonra araşdırmalara başlanılıb və proses diqqətlə izlənilir", - deyə nazir qeyd edib.

Şəbnəm Mehdizadə
Seçilən
36
48
e-huquq.az

10Mənbələr