AZ

QHT layihə hesabatını təqdim edib

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi "Məişət zorakılığına qarşı təşəbbüslər" layihəsi çərçivəsində müxtəlif tədbirlər həyata keçirib.

QHT.az xəbər verir ki, layihə, 01.06.2024-31.08.2024 tarixlərində Sumqayıt və 12 şimal rayonu əhatə edib, 10.000 AZN maliyyə dəstəyi ilə icra olunub. Tədbirlər arasında layihənin təqdimat mərasimi, hüquqi və psixoloji xidmətlər göstərilməsi, TV verlişlərinin hazırlanması və insan alveri ilə mübarizə mövzusunda təlimlər yer alıb. Bu müddət ərzində 147 nəfərə hüquqi, 42 nəfərə psixoloji xidmət göstərilib, "Etimad telefonu" vasitəsilə əlavə 150 nəfər hüquqi dəstək alıb. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi "Məişət zorakılığına qarşı təşəbbüslər" layihəsi çərçivəsində hüquq maarifçiliyi və məlumatlandırma tədbirlərini həyata keçirib. 07.06.2024-26.08.2024 tarixlərində, bir neçə media qurumu ilə müqavilə bağlanaraq, layihənin icra prosesi barədə 15 material dərc edilib. Bu tədbir çərçivəsində layihənin məqsədləri və fəaliyyətləri barədə geniş ictimaiyyətə məlumat verilmişdir. Dərc olunan materialların linkləri hesabatda təqdim olunur.

 

Seçilən
4
qht.az

1Mənbələr