AZ

 “Avropa İttifaqının mövqeyi narazılıq yaradır” – Aydın Quliyev

Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin yerli telekanallara verdiyi son müsahibəsində Qərb, Avropa təsisatlarına yönəlik çıxışları o qurumların Azərbaycana münasibətdə həyata keçirdikləri siyasətdə ciddi korreksiya aparmalı olduqları zərurətini ifadə edir. Avropa İttifaqı Azərbaycana yanaşmada dəyişiklik etməsə, qarşılıqlı münasibətlərin əvvəlki vəziyyətə qaytarılması mümkün olmayacaq”.

Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev Avropa İttifaqının (Aİ) regionla bağlı ikili yanaşmasını və ölkə rəhbərliyinin televiziya kanallarına son müsahibəsində Avropaya ötürdüyü ciddi mesajları şərh edərkən bildirib.

A.Quliyev hesab edir ki, əslində Azərbaycan Perezidentinin bəyan etdiyi prinsiplər Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələ ərəfəsində olduğunu deməyə əsas verir. Onun fikrincə, belə bir mərhələnin necə yaşanması Aİ-nin Prezident İlham Əliyev tərəfindən bəyan edilən bu prinsiplərə nə qədər konstruktiv yanaşmasından asılı olacaq. Ekspert burada qeyri-adi heç nə olmadığını deyib.

“Burada söhbət Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməsindən gedir.  Söhbət Avropa İttifaqının Sülh Fondunun Ermənistanı silahlandırması fəaliyyətindən geri çəkilməsindən gedir. Eləcə də söhbət Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmasının Azərbaycanın prinsipləri ilə tam ziddiyət təşkil etməsindən gedir.

Azərbaycan Prezidentinin mövqeyi bölgədə sülh şəraitinin yaradılmasını təmin etmək məqsədi daşıyır. Bu da Avropa İttifaqının ziyanlı mövqeyini dayandırıb konstruktiv yanaşmaya keçməsindən keçir. Fakt budur ki, Avropa İttifaqı bu gün Ermənistanı dəstəkləyir ki, bu da sülhün taleyini kölgə altına salır”.

Ekspert qeyd edib ki, Avropa İttifaqı və onun bir sıra strukturlarının Azərbaycanla qərəzli münasibətləri hakimiyyətin və  vətəndaş cəmiyyətinin ciddi narazılığına səbəb olmaqdadır.

“Çünki Avropa İttifaqının bu siyasəti bölgədə qeyri-konstruktiv siyasət aparan Ermənistanın dəstəklənməsi üzərində qurulub. Azərbaycan Prezidentinin fikirləri yeni şəraitdə əməkdaşlıq platformasının təklifi kimi xarakterizə oluna bilər”.

Seçilən
5
hafta.az

1Mənbələr