Kretien xatırladıb ki, Kanada hər iki dünya müharibəsində ABŞ-dən öncə iştirak edib və çoxlu qurbanlar verib. O həmçinin vurğulayıb ki, Kanada Vaşinqtonun təzyiqlərinə baxmayaraq, İraq müharibəsinə qatılmaqdan imtina edib.
Sabiq baş nazir, Trampın siyasətini "diplomatiya deyil, şantaj" adlandırıb və bu dövrənin bitməsinin vacibliyini qeyd edib. Kanadalı siyasətçiləri isə ABŞ ilə münasibətlərdə möhkəm mövqe tutmağa çağırıb.
Kretien 1993-2003-cü illərdə Kanada baş naziri olub.
Məlumat üçün, Donald Tramp Kanadanı ABŞ-nin tərkibinə daxil etmək istəyini dəfələrlə bəyan edib və Danimarkadan da Qrenlandiyanın alınmasını təklif edib. Bu təklif həm Kanadanın indiki baş naziri Castin Tryudo, həm də Danimarkanın baş naziri Mette Frederiksen tərəfindən rədd edilib.