Zoran Milanoviç yenidən Xorvatiyanın prezidenti seçilib."Ulusum".az xəbər verir ki, bu barədə EFE agentliyi açiqlama verib.Əvvəlki məlumatlara görə, sosial-demokrat Milanoviç bazar günü keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə 74,6% səs toplayıb.Onun rəqibi, müstəqil namizəd Dragan Primorac 25,4% səs alaraq məğlubiyyəti qəbul edib. "Xorvatiya vətəndaşları öz qərarlarını verdilər və biz onların qərarını hörmətlə qarşılamalıyıq", - deyə o bildirib.Hökumətə və parlament əksəriyyətinə yaxın olan sağçı baş nazir Andrey Plenkoviç isə uzun illərdirki rəqibi olan Milanoviçi təbrik etməyi rədd edib."Xorvatiyada hakimiyyətin 99%-i hökumət və parlament əksəriyyətindədir, yalnız 1%-i prezidentin əlindədir", - deyə Plenkoviç bildirib.EFE qeyd edir ki, Xorvatiyada prezident xarici siyasət üzərində müəyyən təsirə malikdir. Bundan əlavə, o, ölkənin baş komandanıdır.Son illərdə Milanoviç və Plenkoviç arasında bir çox məsələlərdə fikir ayrılığı yaranıb, xüsusilə Ukrayna ilə bağlı: prezident, Xorvatiyanın Ukraynalı hərbçilərin təliminə qatılmaq ideyasından imtina edib. O, Kiyevə hərbi yardım göstərməyi yalnız öz ölkəsinin əvəzində başqa silahlar alacağı təqdirdə qəbul edib. Milanoviç, həmçinin Rusiya əleyhinə sanksiyalarla bağlı şübhələrini ifadə etmişdir.Səidə Mustafa
Diqqət Çəkənlər
Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?
Evlilik təklifi edilərkən niyə diz çökülür? - Araşdırma
Newsweek: Kaliforniyada yanğınların söndürülməsində 900-dən çox məhbus cəlb edilib