AZ

Renat sonradan yada düşdü, komandası...

Türkiyə birinci liqasında 19-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” də növbəti matçına çıxıb. 

Paytaxt təmsilçisi səfərdə “Amedspor”a uduzub - 0:1.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Renat 72-ci dəqiqədə meydana daxil olub.

"Ankaragücü” hazırda 27 xalla 8-ci pillədə qərarlaşıb.

Renat Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.

Seçilən
13
fanat.az

1Mənbələr