1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin İstanbul şəhərində 47 nəfər rüşvət qalmaqalına görə saxlanılıb.
Oxu.Az-ın Sondakika.com-a istinadən xəbərinə görə, bu barədə İstanbul Respublika Baş Prokurorluğundan məlumat verilib.
Məlumata görə, şübhəlilər arasında olan İstanbulun Beşiktaş rayonunun bələdiyyə sədri Rıza Akpolat jandarma qrupları tərəfindən Edremitdəki bağ evində saxlanılıb.
Həmçinin, Rıza Akpolatın evində axtarış aparıldığı bildirilir.
İstintaqın məlumatına görə, Aziz İhsan Aktaş adlı şəxs cinayətkar təşkilat quraraq, bələdiyyə sədrlərinə və bələdiyyələrin yüksəkvəzifəli şəxslərinə rüşvət verməklə tender prosesləri təşkil edib və həmin tenderlərdə öz şirkətlərinin qalib olmasını təmin edib.