AZ

Daily Mail: uzun müddət smartfondan istifadə - miqren ağrilarina səbəb ola bilər

Daily

Çin Tayyuan Mərkəzi Xəstəxanasının alimləri müəyyən ediblər ki, iki vərdiş miqren riskini artırır. "Ulusum".az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.Tədqiqatda həm sağlam könüllülər, həm də vaxtaşırı təkrarlanan pulsasiyaedici baş ağrıları ilə xarakterizə olunan miqren xəstəliyindən əziyyət çəkən şəxslər iştirak ediblər. Belə ağrılar çox vaxt ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi simptomlarla müşayiət olunur.İştirakçılar miqren tutmalarının tezliyi, qidalanma rejimi və ekran qarşısında keçirdikləri vaxt haqqında məlumat veriblər. Aparılmış təhlil göstərib ki, quş ətinin həddən artıq istehlakı miqren riskini artırır. Bununla yanaşı, rasionunda qəhvə və yağlı balıqlar (məsələn, skumbriya və tuna balığı) olan şəxslərdə belə baş ağrılarının ehtimalı daha aşağı olub.Alimlər həmçinin təsdiqləyiblər ki, cihazlardan həddindən artıq istifadə miqreni provokasiya edə bilər. Uzun müddət ekran qarşısında vaxt keçirmək təkcə baş ağrılarının müddətini və tezliyini artırmır, həm də yuxu keyfiyyətinin pisləşməsi və gündüz yuxululuğu ilə əlaqəlidir.Səidə Mustafa

Diqqət Çəkənlər

Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Xəyanətə işarə edən əsas əlamətlər: psixoloqdan tövsiyələr

Seçilən
9
ulusum.az

1Mənbələr