İtaliyada bəzi bank və qurumlara kiberhücum edilib.
"Cebheinfo.az" bu barədə İtaliyanın ANSA agentliyinin xəbərinə istinad edir.
Məlumatda "Intesa" və "Monte Paschi" də daxil olmaqla bəzi bankların, həmçinin "Taranto" və "Trieste" limanlarının, bəzi özəl təşkilatların internet saytlarının Rusiya tərəfdarı olan "NoName057" adlı qrup tərəfindən kiberhücuma məruz qaldığı bildirilib. Xəbərdə Milli Kibertəhlükəsizlik Agentliyinin kiberhücumlara məruz qalan qurumları dəstəklədiyi və sözügedən saytların funksional olması üçün çalışdığı qeyd edilib.