Bakı. Trend:
Fələstinin “İzəddin əl-Qəssam” hərbi qruplaşmasının rəhbəriMəhəmməd Sinvər Qəzza bölgəsində HƏMAS-ın yeni lideri elanedilib.
Trend xəbərverir ki, bu barədə “Wall Street Journal” yerli mənbələrə istinadənməlumat yayıb.
Məlumata əsasən, Məhəmməd Sinvər – 2024-cü ilin oktyabr ayındahəlak olmuş HƏMAS lideri Yəhya Sinvərin kiçik qardaşıdır.
Qeyd edək ki, Yəhya Sinvər avqustda HƏMAS-ın rəhbəri olmuşdu.Onun sələfi, uzun illər hərəkatın üzvü olmuş İsmayıl HaniyəTehranda raket zərbəsi nəticəsində ölmüşdü.