Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Əli Cəbrayılov AÇ-2026-nın əsas mərhələsi çərçivəsində fevarlın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək. Birinci və ikinci referilər müvafiq olaraq slovaklar – Rastislav Behancin və Martin Matula olacaqlar. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jyrki Filppudur (Finlandiya).