Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, dövlətimizin başçısı tərəfindən təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib. Həmin strategiya və proqramlar çərçivəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə təxminən 60 faiz artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə Azərbaycan müəllimi qəzetinə müsahibəsində deyib.
2025-ci ildə təhsil xərclərinin ÜDM-də payı isə 3.8 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12% təşkil edəcək. 2025-ci ilin dövlət büdcəsində təhsil bölməsi üzrə 4.94 milyard manat vəsait nəzərdə tutulub. Bu, ötən ilin təsdiq edilmiş təhsil büdcəsi ilə müqayisədə təxminən 8.5% artım deməkdir.