AZ

Bu il məhsuldarlıq aşağı olacaq? - İqtisadçıdan proqnoz


“İqtisadiyyata təsir edən amillərdən biri qışın mülayim keçməsidir. Bu, torpaqda zərərvericilərin artmasına səbəb olur və erkən yazda bitkiçiliyə zərər vuracaq. Qarşıdakı həftələrdə və aylarda qar və şaxta düşməsə, bu il kənd təsərrüfatı üçün imtahan ilinə çevriləcək. Məhsuldarlıq aşağı ola, kənd təsərrüfatı məhsullarının qıtlığı yarana bilər”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, qar bitkiləri, xüsusilə taxılı, bostan bitkilərini yorğan kimi örtməklə onları soyuqdan, şaxtadan qoruyur. Eyni zamanda, qarla örtülmüş taxıl sahələrinə gübrə vermək imkanı yaranır. Çünki quraqlıqda gübrə torpağa yaxşı hopmur:


“Qar həm torpağın alt qatında su ehtiyatlarının toplanmasına imkan verir, həm də şaxtalı hava şəraiti zərərvericilərin, xüsusilə də gəmiricilərin artmasının qarşısını alır. Torpağın münbitliyini artırır, zərərvericiləri öldürür, xəstəlikləri aradan qaldırır. Bu hava şəraiti taxıl yetişdirənlər üçün daha əlverişlidir. Çünki taxılın yetişdirilməsi üçün münbit şərait yaranır. Elə ərazilər var ki, orada su qıtlığı özünü daha geniş büruzə verir. Su qıtlığı olan yerlər üçün qarın yağması vacibdir”.

Sevinc,
BakuPost

Seçilən
26
bakupost.az

1Mənbələr