AZ

İşğaldan azad olmuş ərazilərdə şagird və təhsil işçilərin statistikası açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin qurulması məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələrinin yaradılması əsas prioritetlərimizdəndir.

"Hazırda işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır, 270-dən çox təhsilverən çalışır. Ümumi təhsil müəssisələri ilə yanaşı cari tədris ilindən Xankəndidə Qarabağ Universiteti də fəaliyyətə başlayıb". 

"Operativ Media" xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib. 

İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin qurulması məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələrinin yaradılması əsas prioritetlərimizdəndir. Bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli təhsil xidmətləri ilə təmin edilməsi üçün təhsilin qabaqcıl standartlara uyğunlaşdırılması zəruridir. Əhalinin geri qayıdışına əsaslanaraq və bölgələrin xüsusiyyətlərini nəzərə alaraq ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası işi sürətlə davam etməkdədir. İri şirkətlər tərəfindən məktəbəqədər və peşə təhsili müəssisələrinin tikintisinin təşviq edilməsi sahəsində işlər görülür. Əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili nəzərdə tutulur.

Seçilən
19
operativmedia.az

1Mənbələr