\"Qremmi” mükafatına layiq görülmüş müğənni Beyons Los-Ancelesdəki yanğınlardan zərər çəkənlərə pul bağışlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BeyGOOD Fondu sosial media hesabında Beyonsun meşə yanğınlarından zərər çəkmiş ailələrə kömək etmək üçün ianə verdiyini bildirən bir yazı paylaşıb.
Yazıda müğənni Beyonsun yanğından zərər çəkənlərə 2,5 milyon dollar ianə etdiyi qeyd olunub.
İddialara görə, ianə Altadena/Pasadena bölgəsində evlərini itirmiş ailələrə, habelə kilsə və icma mərkəzlərinə meşə yanğınlarından zərər çəkənlərin təcili ehtiyaclarını ödəmək üçün yönəldilib.
Qeyd edək ki, hələ də davam edən yanğınlarda çox sayda insan həyatını itirib.
Oksana