AZ

Meşə yanğınlarına görə UFC turniri Los-Anceles şəhərində keçirilməyə bilər

MMA üzrə Mütləq Döyüş Çempionatı (UFC) ABŞ-nin Los-Anceles şəhərində keçirilməyə bilər.

"Report" "Bloody Elbow" nəşrinə istinadən xəbər verir ki, bu barədə UFC-nin baş direktoru Deyna Uayt açıqlamasında bildirib.

O, meşə yanğınları ilə bağlı vəziyyət pisləşəcəyi təqdirdə, UFC 311-in Las-Veqasda təşkilini təklif edib:

"Yanğın daha da pisləşsə, biz Las-Veqasa gedəcəyik. Amma hələlik hər şey olduğu kimi qalır".

Turnirin yanvarın 19-na keçən gecə baş tutacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 4-dən ABŞ-də davam edən meşə yanğınlarında ən azı 24 nəfərin öldüyü bildirilib.

Seçilən
33
4
report.az

3Mənbələr