AZ

"Qarşılıqlı olmaq əvəzinə yalnız Ermənistan Azərbaycana güzəştlər etdi" - Abramyan

Hakim qüvvənin rəhbəri Azərbaycanın Ermənistana təqdim etdiyi demilitarizasiya tələbinə cavab olaraq, Ermənistanın qarşılıqlı silahlara nəzarət, kvota və silahdan istifadəyə məhdudiyyətlər üzrə danışıqlar mexanizmini formalaşdırmağa hazır olduğunu bəyan edəndə ilk ağıla gələn budur - Tavuşda keçən il təslim edilən 4 kənd.

Herbiand.az bildirir ki, bunu “Mənim şərəfim var” parlament fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyan bu kəndlərin təhvil verilməsindən əvvəl 1990-cı illərdə baş verən müharibə nəticəsində Azərbaycanın Tavuşdakı 32 erməni kəndinin müxtəlif hissələrinə nəzarət etdiyini bəyan edib və öz güzəştlərini qarşılıqlılıq prinsipi əsasında izah etməyə çalışıb: “Yəni, sovet dövrünün xəritəsinə görə, Tavuşda “demarkasiya” aparılmalı idi, burada güzəştlər qarşılıqlı olmalı idi, amma baş verənlər hamıya məlumdur və yalnız Ermənistan əraziləri verdi. İndi bu reallıqları və təcrübələri nəzərə alsaq, Ermənistanın qarşılıqlı nəzarət və ya silah məsələlərinin məhdudlaşdırılması təklifinin gündəlikdə və ya ikitərəfli razılaşmada əsas olacağına inanan sağlam düşüncəli adam varmı? Əlbəttə yox. Daha pis bir şey deyəcəyəm. “Əslində, bu o deməkdir ki, nə vaxtsa bu təklif redaktə olunacaq və yalnız Ermənistanın silahlarına kvota, məhdudiyyətlər və nəzarət qalacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
2
herbiand.az

3Mənbələr