Qətər atəşkəs üçün İsrail və HƏMAS-a yeni təklif planı göndərib.
AZXEBER.COM \"Reuters\"ə istinadən xəbər verir ki, layihə İsrailin kəşfiyyatı, ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Qətərin baş naziri arasında Dohada gecə yarısı keçirilən görüşlərdən sonra tamamlanıb.
ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzzada atəşkəsin yaradılmasının və humanitar yardımların artırılmasının və girovların azad edilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, atəşkəs danışıqlarında kritik irəliləyiş əldə olunub. Razılaşmanın birinci mərhələsində İsrailin Misir sərhədindəki Rəfah sərhəd qapısı və Filadelfi dəhlizindən müəyyən bölgələrdən çəkiləcəyi gözlənilir. Bir həftə sonra məhbusların qarşılıqlı olaraq azad ediləcəyi və İsrailin qalan bölgələrdən geri çəkiləcəyi planlaşdırılır.
Atəşkəsin təfərrüatları vasitəçi ölkələr Qətər, Misir və ABŞ-ın mətbuat konfransında açıqlanacaq. Rəsmilər sazişin icra qrafikini və qüvvəyə minməsini dəqiqləşdirəcəklər.