Türkiyənin Balıkəsir şəhərində işçiləri daşıyan xidməti avtobusu qəza törədib.
Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, hadisə səhər saat 08:15-də (Bakı vaxtı ilə 09:15) Gönen rayonu, Taştəpə ərazisində baş verib.
Qəza ilə bağlı Balıkəsir valisi İsmayıl Ustaoğlu açıqlamasında avtobusun sükan idarəetməsini itirərək aşdığını və 25 işçinin yaralandığını bildirib.
Bütün işçilər xəstəxanaya göndərilib.