AZ

Abramyan: “Ermənistanın silahlanma ilə bağlı təklifləri birtərəfli məhdudiyyətlərə çevrilə bilər” – ÖZƏL

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkələrdə Ermənistanın Azərbaycanla qarşılıqlı silahlanma nəzarəti ilə bağlı təkliflərini sərt tənqid edib. 

Olaylar.az xəbər verir ki, deputat Ermənistanın "keçmişdəki təcrübəsinə əsaslanaraq", bu cür təşəbbüslərin ölkə üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Abramyan bildirib ki, hakimiyyətin Azərbaycana qarşı irəli sürdüyü demilitarizasiya tələbinə cavab olaraq silahlanmaya qarşılıqlı nəzarət, kvotalar və məhdudiyyətlər tətbiqi üçün mexanizm təklif etməsi keçmişdə baş vermiş hadisələri xatırladır:
"Keçən il Tavuşda təhvil verilən 4 kənd dərhal yadımıza düşür. O zaman Paşinyan 90-cı illərdəki müharibədən sonra Azərbaycanın Tavuşda 32 erməni kəndinin müxtəlif hissələrini nəzarətdə saxladığını və güzəştlərin qarşılıqlı əsasda olduğunu izah etməyə çalışırdı. Lakin reallıqda bu güzəştlər yalnız Ermənistanın ərazilərini itirməsi ilə nəticələndi."

Deputat qeyd edib ki, hazırkı reallıqları və Ermənistanın bu sahədə keçmiş təcrübəsini nəzərə alaraq, təklif edilən mexanizmlərin qarşılıqlı deyil, birtərəfli məhdudiyyətlərə çevrilməsi ehtimalı yüksəkdir:

"Əgər sağlam düşüncəli bir şəxs bu təklifin ikitərəfli razılaşmanın əsası olacağına inanırsa, bu, sadəlövhlükdən başqa bir şey deyil. Təəssüf ki, bu təklifin müəyyən mərhələdə redaktə ediləcəyi və nəticədə yalnız Ermənistanın silahlanmasına nəzarət, kvotalar və məhdudiyyətlər ilə məhdudlaşacağı ehtimalı çox yüksəkdir."

Abramyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin təklif etdiyi yanaşma ölkənin müdafiə qabiliyyətinə və suverenliyinə ciddi təhlükə yarada bilər. O, keçmişdə edilən səhvlərin bir daha təkrarlanmaması üçün bu cür təkliflərə ciddi yanaşma çağırışı edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr