Vahid Dövlət İmtahanının (VDİM) ləğvi və ya başqa formata keçirilməsi məsələsi Kremldə müzakirə olunmur.
“İki sahil” "Kommersant"a istinadla xəbər veri ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Kreml bu müzakirənin iştirakçısı deyil. Bu mövzu hökumətdə, ilk növbədə isə Rusiyanın Elm və Ali Təhsil Nazirliyində müzakirə olunmalıdır"- deyə Peskov qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov Rusiyada Vahid Dövlət İmtahanından imtina prosesinin başlandığını bildirmişdi.
Eyni zamanda, Müasir Siyasəti Öyrənmə İnstitutunun direktoru Anton Orlov RT ilə söhbətində bəyan edib ki, Vahid Dövlət İmtahanının ləğvi məsələsi uzun müddətdir ki, gündəmdədir.