AZ

Papoyan: “Bu layihənin reallaşması Gümrü limanını ciddi regional mərkəzə çevirəcək” – ÖZƏL

"Dünya Kəsişməsi" layihəsinin həyata keçirildiyi təqdirdə Gümrü quru limanı  regional nəqliyyat qovşağı kimi istifadə edilə bilər. 

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan 13 yanvar tarixində 2024-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. 

Nazir qeyd edib ki, bu layihənin reallaşması Gümrü limanını ciddi regional mərkəzə çevirəcək:

"Bu o deməkdir ki, biz "Dünya Kəsişməsi" layihəsini yalnız sözlə deyil, həm də əməldə həyata keçirəcəyik. Bunun üçün "Şimal-Cənub" dəhlizinin tikintisinin başa çatdırılması və dəmir yolu şəbəkəsinin inkişafı tələb olunur," - deyə Papoyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr