“Fransa heç bir ilkin şərt olmadan, tam və qətiyyətlə Ermənistanı dəstəkləyir”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivier Dekotini deyib.
O bildirib ki, Parisin Ermənistana verdiyi dəstəyi Fransa prezidenti Emmanuel Makron olduqca aydın şəkildə təmsil edir. Bu, tam və davamlı dəstəkdir.
Dekotini Fransanın Ermənistanda sülhə sadiq olduğunu bir daha təsdiq edərək, İrəvana sülh arzulayıb.
Onun sözlərinə görə, Fransa Ermənistanın tərəfindədir.
“Bu, regionda davamlı və ədalətli sülhə nail olmaq, eləcə də Ermənistanı dəstəkləmək, onun ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq öhdəliyidir”, - deyə diplomat vurğulayıb.
Daşqın HəsənovMissiya.Az