AZ

Xəyanət edən arvadını öldürən kişi azyaşlı qızı ilə polisə getdi...

Abşeron rayonunda 1974-cü il təvəllüdlü Cəlil qısqanclıq zəminində 1976-cı il təvəllüdlü həyat yoldaşı Fatiməni (adlar şərti verilib – red.) öldürüb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cəlil 2017-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Fatimənin son iki il ərzində ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.

Buna görə 28 aprel 2024-cü ildə yaşadıqları Xırdalan şəhərindəki evdə gün ərzində bir neçə dəfə mübahisə edib. Saat 21 radələrində növbəti mübahisə zamanı Fatimənin ona aqressiv cavab verməsi səbəbindən xəyanət şübhələrinin əsaslı olması qənaətinə gəlib. Mətbəxdən bıçaq götürüb və qonaq otağında dayanmış Fatiməyə yaxınlaşaraq ona zərbələr vurub. 32 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildə Fatimə ilə rəsmən nikaha daxil olub, birgə nikahdan 2021-ci il təvəllüdlü qız övladları dünyaya gəlib: “Ailə qurduqdan sonra həyat yoldaşımla Oğuz rayonundan Abşeron rayonu, Xırdalan şəhərinə köçdük. Fatimə ilə son zamanlar münasibətlərim pozuldu. Onun xəyanət etməsindən şübəhələndiyim üçün aramızda tez-tez mübahisələr yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Fatimənin qapıdan kiməsə kağız ötürdüyünü görüb: “Həmin şəxsin kim olduğunu soruşdum, Fatimə cavab vermədi. Mən çölə çıxaraq axtarsam da, heç kimi tapa bilmədim. Evə qayıdıb Fatimə ilə mübahisə etməyə başladım. Telefonunu alıb yoxlatdırmağa aparmaq üçün evdən çıxdım. Evin pəncərəsinə baxanda Fatimənin məni güddüyünü görüb evə qayıtdım.

Aramızda yenə mübahisə oldu. Fatimə mənə nalayiq sözlər dedi. Onun qardaşı Əliyə zəng etdim, gəlib bacısı aparmasını desəm də, imtina etdi. Hər ikimiz bir az sakitləşdikdən sonra mən yenidən Fatimədən niyə xəyanət etdiyini soruşdum. Təzədən mübahisə etdik. Evin mətbəxindən bıçaq götürərək Fatiməni öldürdüm.

Bıçağı necə götürdüyümü, Fatiməni neçə dəfə bıçaqla vurduğumu xatırlamıram. Bundan sonra özüm könüllü olaraq polisə getdim və törətdiyim cinayət əməlini etiraf etdim”.

Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərib ki, Fatiməni bıçaqlayan zaman 3 yaşlı qızı mətbəxdə olub:

“Həyat yoldaşımla aramızda tez-tez mübahisələr olurdu. Amma heç vaxt bir-birimizə xəsarət yetirməmişik, polisə müraciət etməmişik. Mənim Fatiməni öldürmək məqsədim olmayıb, onu qorxutmaq istəmişəm.

Seçilən
12
4
publika.az

5Mənbələr