AZ

Türkiyədə "Reyhanlı" teraktının icraçısı həbs olunub

Bakı. Trend:

Türkiyədə 2013-cü il "Reyhanlı" terror aktını həyata keçirmişşəxslərdən biri həbs olunub.

Trend xəbər verirki, bu haqda "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Onlarla insanın ölümü ilə nəticələnmiş terror hücumuna görə həbsolunan şəxsin Məhəmməd Dib Koralı olduğu deyilir. Onun Türkiyəpolisi və kəşfiyyat xidmətinin Suriyada birgə keçirdiyi əməliyyatnəticəsində tutulduğu və sonrada Hatay vilayətinin polis idarəsinətəhvil verildiyi bildirilir.

Xatırladaq ki, 11 may 2013-cü ildə Hatayın Reyhanlı rayonundatörədilmiş iki ayrı partlayış nəticəsində 53 nəfər həlak olmuş,xeyli sayda insan yaralanmışdı.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr