Problemin ciddiliyini nəzərə alıb, qarşı tərəfin mövqeyini də öyrənməyi lazım bildik. Klub prezidenti Ayaz Abdullayev “Football-plus.az”a danışdı:
“Əvvəla, yayılan məlumatların heç bir əsası yoxdu və tam yalan, iftira xarakterlidi. Belə xəbərlər klubumuzun adına və fəaliyyətinə kölgə salmağa çalışan qeyri-peşəkar, məsuliyyətsiz şəxslərin işidi. Klubumuz aylarla futbolçularına və əməkdaşlarına dəstək olub, onların hər bir hüququnu qoruyub və maaşlarını vaxtında ödəyib. Təəssüf ki, müəyyən şəxslər öz məsuliyyətsiz hərəkətləri ilə klubun adını ləkələməyə çalışır, hətta futbol oynamaq yerinə belə mənasız söhbətlərin arxasında duraraq komanda ruhunu zədələməyə cəhd edirlər. Belə insanların davranışları həm komanda daxilində, həm də futbol ictimaiyyətində məyusluq yaradır. “Hypers Quba”da ruh yüksəkliyi və peşəkarlıq həmişə ön plandadı. Əsas missiyamız komanda daxilində sağlam mühit yaratmaq və Quba futbolunu yüksək səviyyəyə qaldırmaqdı. Belə şayiələr iradəmizi sarsıda və fəaliyyətimizə xələl gətirə bilməz. Haqqı olan hər kəs komandadan maaşını alıb və alır. Bu cür əsassız ittihamlar yalnız klubumuzu ləkələmək üçün qurulmuş bir oyun kimi dəyərləndirilir. İstənilən ittihamın hüquqi müstəvidə cavabını verməyə hazırıq. Hər kəsə anlayış və dəstəyə görə təşəkkür edirik”.
RÖYANƏ OĞUZ