Bakı Avropa Liseyinin V-VIII sinif şagirdləri Azərbaycanın ətraf mühitini, təbii sərvətlərini, ekoloji vəziyyətini öyrənmək məqsədilə araşdırmalar aparıblar. Şagirdlər COP29 beynəlxalq konfransında qaldırılan məsələləri araşdırıb, beynəlxalq təcrübəni öyrənərək stendlər və digər maarifləndirici materiallar hazırlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tədbirdə iştirak edərək şagirdlərin hazırladıqları maraqlı təqdimatlarla tanış olub, uşaqlara öz tövsiyələrini veriblər.
Tədbir istedadlı şagirdlərin ifa etdikləri rəqs və mahnılarla davam edib. Ekologiya.az