Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus zolaqları yaradır, əvəzində o biri zolaqlar işğal olunur, şəhər xaosa dönür. Nümunə üçün 20 Yanvarı misal göstərmək olar.
Mia.az-ın məlumatına görə, Tribunainfo.az-ın sorğusunu cavablayan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ümumi olan avtomobil yolları vətəndaşlar tərəfindən müsbət qarşılanmır. Zolağın ayrılması, daha doğrusu zolağın itirilməsi insanlar tərəfindən rəğbətlə qarşılanmır.