AZ

Kanadanın eks Baş nazirindən Trampa:"Ey qoca, özünə gəl..."

 Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp seçildiyi gündən Kanadanın ABŞ-a birləşəcəyini israrla elan edir. Kanadanın ABŞ-ın 51-ci ştatı olması gərəkdiyini söyləyən yeni prezident “Kanada və ABŞ bir olsaydı... Birlikdə nə gözəl millət olardıq”- fikrini də açıq şəkildə bildirib.
Hətta gələcəyin xəyallarını quran Tramp Kanadanın ABŞ-a birləşdirilməsindən sonra ölkəsinin necə görünəcəyini ortaya qoyan xəritəni də çəkdirib özünün sosial şəbəkə hesabında paylaşıb.


Adalet.az xəbər verir ki, Kanadanın keçmiş Baş naziri, 91 yaşlı Jan Kretyen  “Globe and Mail” jurnalı üçün yazdığı köşə yazısında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ambisiyalarına qarşı çıxdığını bildirib. 
Kretyen etirazında bildirir ki, Kanadalılar müstəqilliklərini qiymətləndirirlər və ölkələrini sevirlər və onları təhdid və təhqirlər onların fikrini dəyişdirməyəcək.

Sabiq Baş nazir kanadalıların təsəvvür oluna biləcək ən sərt və ən çətin coğrafiyada bir millət olduqlarını" və "hər ehtimalda qarşı bunu başardıqlarını” vurğulayıb: “Kanadalıların ABŞ-a qoşulmaq üçün dünyanın ən yaxşı ölkəsindən imtina edəcəyini düşünməyə necə vadar edə bilərsən? Donald Tramp, qoca birisi kimi qoca birisinə üzümü tutub deyirəm: özünə gəl!”.
Qeyd edək ki, ABŞ-ın yeni prezidentinin, hələ prezidentlik fəaliyyətinə başlamadan regionda gərginliyə səbəb siyahısı narahatlıq doğurub. Beləki, Tramp Kanadanın Vaşinqtondan hər il 150, Meksikanın isə 300 milyard dollar dotasiya aldığını əsas gətirərək, hər iki ölkənin ABŞ-ın tərkibinə daxil olmasını təklif edib. Trampın siyahısında Venesuela, Panama, Danimarkanın bir hissəsi olan Qrenlandiyanın olduğunu da artıq o özü elan etməkdən çəkinmir.

Əntiqə Rəşid 

Seçilən
4
adalet.az

1Mənbələr