AZ

Fon der Leyen pnevmoniya səbəbindən bir həftə xəstəxanada yatıb

AK rəhbərinin dəqiq nə vaxt işə qayıdacağı məlum deyil.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen pnevmoniya səbəbiylə bir həftə xəstəxanada yatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AK-nin sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Pinyonun sözlərinə görə, AK rəhbəri hazırda Almaniyada evindədir və vəziyyəti yaxşılaşır.

O, fon der Leyenin tam olaraq nə vaxt işə qayıdacağını dəqiqləşdirməyib.

 

Seçilən
8
operativmedia.az

1Mənbələr