AZ

Şahdağda xizək alpinizmi üzrə Dünya kuboku başa çatıb

Bu gün "Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Dünya kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, idmançılar yarışın son günündə fərdi növ üzrə mübarizə aparıblar.

Fərdi növü üzrə nəticələri:
Qadınlar

1. Gachet Mollaret Axelle- Fransa
2. Harrop Emily- Fransa
3. Hiemer Johanna - Avstriya

Kişilər
1. Bonnet Remi - İsveçrə
2. Equy Samuel- Fransa
3. Anselmet Thibault – Fransa

Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Jordi Canals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edib.

İdman.biz

Seçilən
4
8
idman.biz

10Mənbələr