AZ

AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb

Bakı, 13 yanvar, AZƏRTAC

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Seçilən
9
28
azertag.az

10Mənbələr