AZ

ABŞ-da yanğınların mümkün səbəbi kimi atəşfəşanlıq ola bilər - WP

Kaliforniya ştatının Los-Anceles dairəsində tüğyan edən meşə yanğınlarına Yeni il gecəsində atılan atəşfəşanlıq səbəb ola bilər.

Herbiand.az bildirir ki, bu barədə Washington Post (WP) qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, yerli sakinlər yanvarın 1-nə keçən gecə atəşfəşanlıq partlayışlarını eşidiblər. Yanğının lokallaşdırılması dörd saat çəkib, lakin ilkin məlumatlara görə, təkrar yanğın baş verib. ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosu İstintaqı öz üzərinə götürüb. Rəsmilər hesab edirlər ki, yanğının səbəbinin müəyyən edilməsi həftələr və ya aylar çəkə bilər.

ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr