Son bir həftə ərzində İsraillə bağlı baş verən iki mühüm hadisəyə diqqət yetirək. Bunlardan birincisi general Yakob Nagelin rəhbərlik etdiyi Nagel Komitəsinin hesabatıdır. İkincisi isə yəhudi əsilli araşdırmacı Cefri Saksın Netanyahu haqqındakı sərt çıxışı və bu çıxışın Donald Trampın sosial media hesabında paylaşılmasıdır.
Nagel Komitəsinin İsrail dövləti üçün hazırladığı rəsmi hesabatda İsraillə Türkiyə arasında qaynar müharibə ehtimalının böyük olduğu vurğulanır.
Hesabatda yazılıb: ˝Türkiyənin Suriyada yerləşməsi İsrail üçün İrandan daha təhlükəlidir. Türkiyə İsraillə qonşu olur və iki dövlətin silahlı qüvvələri arasında qaynar çatışma ehtimalı çox yüksəkdir. İsrail müdafiə xərclərini artırmalı, yeni qarşıdurmaya hazırlaşmalıdır˝.
Əsəd rejiminin devrilməsinə qədər olan dövrdə yəhudi dövləti özünün sərt yayılmaçı siyasətini, ağına-bozuna baxmadan, istədiyi şəkildə aparırdı və qarşısında hər hansı güc görmürdü. Tükiyənin bir anda Suriyaya və tədricən də Livana yerləşməsi isə İsrail yayılmaçılığının çırpılacağı divar halına gəlir.