AZ

"Qazprom"da kütləvi ixtisar

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini, İnformasiya Siyasəti Departamentinin rəhbəri Sergey Kupriyanov şirkətin mərkəzi ofisində kütləvi ixtisarlarla bağlı məktubun həqiqiliyini təsdiqləyib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, əlavə edib ki, “Qazprom” qərara münasibət bildirməyi planlaşdırmır.

Qeyd edək ki, “47news” portalı “Qazprom”un idarə heyətinin sədr müavini Yelena İlyuxinanın şirkətin baş direktoru Aleksey Millerin məktubuna istinadla “Qazprom”da kütləvi ixtisarları planlaşdırdığını bildirib.

İlyuxina hesab edir ki, “Qazprom qrupunun qarşısında duran vəzifələr qərarların hazırlanması və qəbulu üçün vaxt çərçivələrinin azaldılmasını tələb edir, bunun üçün bir-birini təkrarlayan funksiyaların, habelə həddən artıq bürokratik proseslərin aradan qaldırılması üçün işlər görülməlidir. Bu məqsədlə o, xüsusən də mərkəzi aparatın ştatının 4100 nəfərdən 2500 nəfərə qədər azaldılmasını təklif edib.

"Bəli, sənəd aktualdır" -  deyə, Kupriyanov Forbes-ə bildirib.

“Qazprom” 2024-cü ilin sonunda 309 milyard rubl zərər göstərib. Yanvarın 1-də şirkətin Ukrayna üzərindən Avropaya qaz tranziti ilə bağlı müqaviləsinin müddəti başa çatıb. Yanvarın 10-da ABŞ və Böyük Britaniya da “Qazprom Neft”ə qarşı sanksiyalar tətbiq edib.

Seçilən
37
ikisahil.az

1Mənbələr