Martın sonuna planlaşdırılan ilk altı ədəd beşinci nəsil F-35B qısaldılmış uçuş və şaquli enişi olan (esmineslər üçün - red.) qırıcıların Yaponiya ordusuna təhvil verilməsi aprel ayına qədər təxirə salınıb.
Herbiand.az USNI News-a istinadən bildirir ki, bu barədə Yaponiyanın müdafiə naziri Qen Nakatani bildirib.
Müdafiə Nazirliyindən bildirilib ki, Yaponiya təyyarələri 2024-cü maliyyə ilinin sonuna qədər (martın 31-də başa çatacaq - red.) qəbul etməyi və Nyutabaru aviabazasında yerləşdirməyi planlaşdırırdı. Lakin indi çatdırılma 2025-ci ilin maliyyə ilinə qədər uzadılıb.
Nakatani əlavə edib ki, konkret çatdırılma tarixi hələ də müzakirə olunur: "Biz çatdırılma ilə bağlı gecikmənin mənfi təsirini minimuma endirmək üçün əlimizdən gələni edirik. F-35B eskadrilyasının yerləşdirilməsini təmin etmək üçün Amerika tərəfi ilə işləməyə davam edirik".
Hazırda Yaponiya Hərbi Hava Qüvvələrində standart konfiqurasiyada F-35A qırıcıları xidmətdədir. Ümumilikdə, Yaponiya 105 ədəd F-35A və 42 ədəd F-35B təyyarə almağı planlaşdırır.
Bəxtiyar CƏFƏRLİ