AZ

Paytaxtda dələduzluq edən 2 şəxs saxlanılıb

Bakı. Trend:

Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdançox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədəpolisə məlumatlar daxil olub.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə dələduzluq əməllərinitörətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkumolunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşlarıtərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Seçilən
10
az.trend.az

1Mənbələr