AZ

Çin Rusiyanın sanksiyalara məruz qalan üç tankerini qəbul etmir



Çin limanları Rusiyanın ABŞ-ın yeni sanksiyalarına məruz qalan 3 neft tankerini qəbul etmir.

Bakupost.az xəbəbr verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Gəmi izləmə xidmətinin məlumatlarına görə, cümə günü ABŞ-ın sanksiyalarına məruz qalmış, 2 milyondan çox barel Rusiya nefti daşıyan üç tanker hazırda Çin Xalq Respublikasının şərq sularındadır”, - xəbərdə deyilir.

Qeyd olunur ki, "Huihai Pacific", "Mermar" və "Olia" adlı gəmilər Rusiyanın Uzaq Şərqdə yerləşən Kozmino limanından yola düşüb.

Lalə, BakuPost

Seçilən
28
bakupost.az

1Mənbələr