Rüfət Nasosnu ilə türk müğənni arasında nə baş verib?
Meyxanaçı Rüfət Nasosnu türkiyəli sənətçi Ahmet Enesə 1500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələyə aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında sözügedən cəriməni ödəməyəcəyini bildirib:
"Bununla bağlı türkiyəli müğənni "Instagram" hesabında da yazmışdı. Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim. Mahnını sildim".