Ermənistanın Baş Naziri Nikol Paşinyan Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Paşinyan Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı cari vəziyyət haqqında məlumat verib və Ermənistan hökumətinin sülh gündəmindən geri çəkilməyəcəyini vurğulayıb.