AZ

Konyalı İş Adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib (FOTO)

Bakı. Trend

Konyalı Sənayeçi və İş Adamları Dərnəyinin (KONSİAD) prezidentiKemal Çelikin rəhbərliyi altında Azərbaycana işgüzar səfər edənnümayəndə heyəti, MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarətedib.

Trend xəbərverir ki, görüş zamanı ilk olaraq, MÜSİAD Azərbaycan İdarəHeyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyəti, əsas stratejihədəfləri və həyata keçirdiyi layihələr barədə geniş məlumatverib.

O, Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət”prinsipinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin 2021-ciildə,iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsindən sonra, başdaiqtisadiyyat sahəsi olmaqla, bütün sahələrdə daha damöhkəmləndiyini vurğulayıb.

Sədr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı illik ticarəthəcmini 15 milyard dollara çatdırmağı əsas hədəf kimimüəyyənləşdiriblər.

Bu məqsədə töhfə vermək üçün MÜSİAD Azərbaycan qardaşlıq ruhunuortaqlıq mədəniyyəti ilə birləşdirərək fəal şəkildə çalışır.

Rəşad Cabirli Azərbaycanın geniş logistika imkanlarından bəhsedərək, ölkənin yalnız 10 milyonluq bir bazar kimi deyil, eynizamanda 250 milyona yaxın əhalisi olan böyük bir coğrafiyayagömrüksüz çıxış üçün strateji bir qapı kimi dəyərləndirilməsininvacibliyini vurğulayıb.

Bununla yanaşı, o, Azərbaycanda müxtəlif sektorlara veriləndövlət dəstəkləri və təşviqlər, Qarabağda həyata keçirilən irimiqyaslı layihələr, ölkədə iş qurmağın üstünlükləri və dövlətinsahibkarlığa yönəlmiş dəstək siyasəti barədə də ətraflı məlumatverib.

KONSİAD prezidenti Kemal Çelik isə qonaqpərvərliyə və faydalıməlumatlara görə təşəkkürünü bildirərək, MÜSİAD kimi köklü qeyri-hökümət təşkilatlarının türkiyəli və azərbaycanlı iş adamlarıarasındakı əməkdaşlığı gücləndirməkdə mühüm rol oynadığınıvurğulayıb. O, Azərbaycanın geniş investisiya imkanları sayəsindətürkiyəli iş adamları üçün prioritet hədəfə çevriləcəyinəəminliyini ifadə edib.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdimolunub və xatirə fotosu çəkilib.

Eyni zamanda, qonaqlara Azərbaycanın Türkiyədə və xüsusilə türkiş adamları arasında tanıdılması məqsədilə nəşr edilmiş“Azərbaycana Gəlmək Üçün 101 Səbəb” adlı kitab təqdim edilib.

Bu səfər, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığınyeni perspektivlərini daha da gücləndirmək istiqamətindəəhəmiyyətli bir addım kimi qiymətləndirilib.

Konyalı
Konyalı
Konyalı
Konyalı
Konyalı
Konyalı
Konyalı
Konyalı
Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr